Hindistan İttifaqı ərazisinə daxil olan Nikobar adalarının sahillərində 6,5 maqnitudada zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 250 min nəfər əhalisi olan Banda-Açex şəhərindən 282 km şimal-qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.