AZ

Bu ölkə kriptovalyutanı QADAĞAN etdi

Əlcəzair kriptovalyutaların istifadəsini, yaradılmasını və mübadiləsini qadağan edən qanun qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə "Algerie360" portalı məlumat yayıb.

Məlumata görə, bu qanunun qəbul edilməsinə səbəb çirkli pulların yuyulması və terror təşkilatlarının maliyyələşdirilməsi ilə mübarizədir.

Bundan sonra kriptovalyutalardan ödəniş və ya investisiya vasitəsi kimi istifadə etmək olmayacaq. Kriptovalyuta mübadiləsi platformalarının və ya əlaqəli elektron pul kisələrinin fəaliyyəti və yaradılması qanundan kənar hesab ediləcək.

Bundan əlavə, kriptovalyutaların istənilən növ reklamı da qadağan edilir.

Yeni qanunu pozanları iki aydan bir ilədək müddətə azadlıqdan məhrum etmə və xeyli miqdarda cərimə gözləyir.

Seçilən
11
3
publika.az

6Mənbələr