ain.az bildirir, Apa.az portalına istinadən.
Harvard Universiteti Tramp administrasiyasının tələblərini yerinə yetirmək və Ağ Evlə mübahisəni həll etmək üçün 500 milyon dollara qədər vəsait ayırmağa hazır olduğunu bildirib.
APA xəbər verir ki, bu haqda “New York Times” danışıqlardan xəbərdar mənbələrə istinadən məlumat yayıb.
"Mənbələrdən birinin dediyinə görə Harvard federal hökumətə birbaşa ödəniş etməkdən çəkinir. Lakin heyətlər hələ də dəqiq maliyyə şərtlərini müzakirə edirlər", - qəzet yazır.
Məlumatda bildirilir ki, Tramp administrasiyası ilə Harvard universitetinin nə vaxt razılığa gələ biləcəkləri bəlli deyil.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.