İyulun 28-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, Tokayevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, iki günlük səfər proqramı çərçivəsində iyulun 29-da Ankarada Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək.
İki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.