Futbol üzrə İspaniya La Liqası 2025/2026 mövsümündə yeni qayda tətbiq etməyi planlaşdırır.
Bakues.az bu barədə “El Partidazo de COPE” nəşrinə istinadla xəbər verir.
Yeni qaydaya əsasən, komandaların baş məşqçiləri matç ərzində iki dəfə VAR-a müraciət edərək mübahisəli epizodun təkrarını tələb edə biləcəklər.
Bildirilir ki, əgər hakim belə bir epizoddan sonra ilkin qərarını dəyişərsə, iki tələb imkanı qüvvədə qalacaq.