AZ

BMT: Afrika və Qərbi Asiyada ac insanların sayı artır

Az qidalanmadan əziyyət çəkən dünya əhalisinin sayı son bir ildə 673 milyon nəfərə qədər azalıb, lakin Afrika və Qərbi Asiyada ac insanların sayı artır.

"Report"un xəbərinə görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti ilə bağlı dərc etdiyi hesabatda bildirilir.

“2024-cü ildə dünya əhalisinin 8,2 %-i və ya təqribən 673 milyon insan aclıqdan əziyyət çəkib, 2023-cü ildə bu göstərici 8,5 %, 2022-ci ildə isə 8,7 % olub”, - mətndə bildirilir. Qeyd olunur ki, bu müsbət tendensiya “Afrika və Qərbi Asiyada ac insanların sayının davamlı artması ilə kəskin şəkildə ziddiyyət təşkil edir”. 2024-cü ildə Afrikada aclıqdan əziyyət çəkən əhalinin xüsusi çəkisi 20 %-i və ya 307 milyon nəfəri keçib. Qərbi Asiyada bu, 12,7 % və ya 39 milyon nəfərdən çox idi.

Hesabatda 2030-cu ilə qədər 512 milyon insanın xroniki qida çatışmazlığından əziyyət çəkəcəyi proqnozlaşdırılır. Ac insanların demək olar, 60 %-i Afrikada olacaq.

Seçilən
9
report.az

1Mənbələr