AZ

Hindistan humanoid robotun olduğu gəmini kosmosa göndərəcək

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı 2025-ci ilin dekabrında humanoid (insanabənzər) robotun olduğu kosmik gəmini orbitə göndərməyi planlaşdırır.

Oxu.Az "Odisha Bytes"ə istinadla xəbər verir ki, bunu təşkilatın sədri Vanniyaperumal Narayanan bildirib.

Uçuş 2027-ci ilin martına planlaşdırılan "Qaqanyaan" adlı pilotlu missiyaya hazırlıq çərçivəsində baş tutacaq.

Narayanan bildirib ki, Viommitra adlı qadın görünüşlü robot pilotlu kosmik gəminin bütün əsas sistemlərini sınaqdan keçirmək üçün uçuşa göndəriləcək.

Təşkilat sədrinin sözlərinə görə, 2026-cı ildə daha iki pilotsuz missiyanın buraxılması planlaşdırılır.

Onlar uğurlu olarsa, Hindistanın ilk pilotlu kosmik missiyası 2027-ci ilin martında buraxılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
oxu.az

1Mənbələr