Sabirabad sakininə balta ilə xəsarət yetirilib.
Bakues.az xəbər verir ki, hadisə ötən gün Sabirabad şəhərində yerləşən kafelərdən birində baş verib.
Aralarında yaranmış mübahisə bir gəncin digərinə balta ilə xəsarət yetirməsi ilə nəticələnib. Yaralı Bakı şəhərinə xəstəxanalardan birinə aparılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aralarında yaranmış mübahisə zəminində Nəriman Məmmədova kəsici alətlə xəsarət yetirən Mövlam Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.