AZ

ABŞ-də şəhərin mərkəzində atışma: Biri polis olmaqla 2 nəfər güllələndi

BAKI. 29 iyul. TELEQRAF

Nyu Yorkun Manhetten şəhərinin mərkəzində biri polis olmaqla iki nəfər güllələnib.

Teleqraf xəbər verir ki, bu barədə polisdəki mənbələrə istinadən “ABC News” kanalı məlumat yayıb.

Məlumata görə, atəş açan şübhəli şəxs bağlı olan ofis binasına qaçıb. Onun gizləndiyi yerdə intihar etdiyi bildirilir. O, binanın 33-cü mərtəbəsində ölüb.

Yaralıların vəziyyəti hələlik məlum deyil.

Seçilən
14
2
teleqraf.com

2Mənbələr