“Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov dindirilməsi başa çatıb, o, Paris məhkəməsinin binasını tərk edib.
Bakues.az bu barədə TASS agentliyinə istinadla xəbər verir.
Qeyd olunub ki, dindirmə doqquz saatdan çox davam edib. Durov jurnalistlərə şərh verməkdən imtina edərək dərhal taksiyə minib.
Daha əvvəl Paris prokurorluğu bildirmişdi ki, hazırda Durovun işində yeni elementlər yoxdur, istintaq davam edir.