AZ

Bakıda təmir edilən yol yenidən ÇÖKDÜ

Bakının Xətai rayonu, 8 Noyabr prospektində bir müddət əvvəl təmir edilən yolda çökmə baş verib.

KONKRET.az Xəzər TV-yə istinadəm məlumat verir ki, sürücülər mövcud vəziyyət səbəbindən həmin yerdə sürəti azaltmalı olurlar.

Yola elə də bələd olmayan sürücülər isə gəldikləri sürətlə davam edirlər. Bu isə xüsusən gecə saatlarında təhlükəli vəziyyət yaradır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, yaxın günlərdə həmin ərazidə işlərə başlanılacaq.

Ətraflı süjetdə:

Seçilən
3
10
konkret.az

10Mənbələr