AZ

Kolumbiyanın keçmiş prezidenti şahidi satın almaqda ittiham olunur

BAKI, 29 iyul.TELEQRAF

Kolumbiya məhkəməsi keçmiş prezident Alvaro Uribeni şahidi satın almaqda təqsirli bilib.

Teleqraf xəbər verir ki, dinləmələr"El Tiempo" qəzetinin saytında canlıyayımlanıb.

Hakim Sandra Heredia qərarı oxuyub: "Prokurorluğun mövqeyinə uyğun olaraq, belə nəticəyə gələ bilərik ki, cinayət prosesi kontekstində şahid Xuan Gilyermo Monsalvenin rüşvətlə satın alınmasıcinayət əməlinin törədilməsi sübuta yetirilib".

Məhkəmə siyasətçinin cəzasını daha sonra elan edəcək. Kolumbiya cinayət məcəlləsinə görə, onu 6 ildən 12 ilə qədər həbs gözləyir. Uribe günahını inkar edir. O, hökmdən yuxarı instansiyalara şikayət edə bilər.

2012-ci ildə Uribe ona qarşı dəlilləri saxtalaşdırmaqda ittiham etdiyi senator İvan Zepedaya qarşı şikayət edib. Lakin məhkəmə keçmiş prezidentin özünə qarşı istintaqa başlayıb.İstintaqın fikrincə, Uribeni onu hərbiləşdirilmiş qruplar və narkotik alverçiləri ilə əlaqədə ittiham edən Zepeda qarşı ifadə vermək üçün şahidlərə rüşvət verib.

Seçilən
4
teleqraf.com

1Mənbələr