AZ

Çin hökuməti doğum səviyyəsini artırmaq üçün ailələrə maddi yardım göstərəcək

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin hökuməti ölkədə üç yaşınadək hər uşağın ailəsinə ildə 3 600 yuan məbləğində (503 dollar - red.) sosial müavinətin veriləcəyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, 2022-2024-cü illərdə doğulan uşaqların valideynləri müavinət üçün müraciət edə bilərlər. Artıq 20 milyondan çox ailənin sözügedən sosial yardımı alacağı gözlənilir.

Hökumət belə bir proqramın köməyi ilə ölkədə doğum səviyyəsini, eləcə də istehlak xərclərini dəstəkləmək niyyətindədir.

Qeyd edək ki, Çində ölkə əhalisinin sayı artıq üçüncü ildir ki, azalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
oxu.az

1Mənbələr