AZ

Azərbaycanlı MMA döyüşçüsü dünya çempionatında bürünc medal qazanıb

Bakı. Trend:

"Qəbələ" İdman Klubunun MMA idmançısı Cəfərsadiq Mirzəyevbeynəlxalq arenada uğura imza atıb.

Trend-inməlumatına görə, o, IMMAF dünya çempionatında 61 kq çəkidərəcəsində çıxış edərək bürünc medala sahib olub.

16-17 yaşlı yeniyetmələr arasında keçirilən yarış Birləşmiş ƏrəbƏmirliklərinin paytaxtı Abu-Dabidə baş tutub. Təmsilçimiz turnirinfəxri kürsüsündə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, dünya çempionatında 60 ölkədən 1050 idmançıiştirak edib.

Seçilən
29
az.trend.az

1Mənbələr