AZ

Azərbaycanda bu kəndlər sürətlə boşalır İcra hərəkətə keçdi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Lerikdən yayılan görüntülər müzakirələrə yol açıb. Həmin görüntülərdə rayonun Ərdəbilə kəndində kütləvi köçdən bəhs edilir. Deyilir ki, üç ailədən başqa hamı kəndi tərk edib. Bir vaxtlar uşaqların səsi gələn həyətlər, tüstülənən bacalar, qaynayan qazanlar indi səssizliyə qərq olub. Çünki insanlar sürətlə kənddən köçür. Eyni hal Lerikin digər kəndlərində də yaşanır.

Nə baş verir ki, kəndlər bu qədər sürətlə boşalır? Vəziyyət təkcə iqtisadi səbəblərləmi bağlıdır, yoxsa daha dərin, sistemli problemlərin nəticəsidir?

Globalinfo.az-a Lerik Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu vəziyyət təkcə Ərdəbilə kəndinə aid deyil. Məlumata görə, Lerikdə bu cür sürətlə boşalan kəndlər çoxdur:

“Bir şəhər, 161 kəndimiz var. Demək olar ki, kəndlərimizin 50 faizindən çoxu boşalmaqdadır və proses bu gün də davam edir. İnsanlar daha rahat yaşayış istədikləri üçün şəhərlərə üz tuturlar. Evlər, kəndlər isə get-gedə boş qalır. Təəssüf ki, Ərdəbilə kəndində görüntülərdə əks olunan vəziyyət – yəni cəmi üç ailənin qalması doğrudur”.

İcra Hakimiyyətindən bildirilib ki, kəndlərdə vəziyyəti yaxşılaşdırmaq üçün infrastruktur layihələri həyata keçirilir:

“Dövlət proqramları qəbul olunub – qazlaşma, yol çəkilişi, içməli su təminatı, məktəb və sair infrastruktur mövcuddur. İş yerləri də var. Yeni proqramlar da hazırlanır. Amma görünür, məsələ təkcə yol, qaz və məktəblə həll olunmur”.

Lerik RİH-dən etiraf ediblər ki, bəzi kəndlərdə bütün şərait qurulsa da, yenə də insanlar köçür:

“Elə kənd var ki, Lerik şəhərindən cəmi 3 kilometr aralıdadır. Bütün küçələri asfaltdır. Qaz var, orta məktəb var – özü də böyük məktəb. Mədəniyyət evi fəaliyyət göstərir, müasir tipli uşaq bağçası istifadəyə verilib. Yeni iş yeri də yaradılıb. Yəni valideyn uşağını bağçaya qoyub şəhərə işləməyə gedə bilirdi. Amma buna baxmayaraq, kənd sürətlə boşaldı. 150-dən çox evin olduğu kənddə indi cəmi 30-40 ev qalıb. Digər tərəfdən, bütün kəndlərdə vəziyyət eyni deyil. Məsələn, Lüləkəran kəndində hələ bir ev belə köçməyib. Amma Ərdəbilə kəndinə yaxın başqa bir kənddə vəziyyət tamam fərqlidir. Orada 167 ev var idi, indi cəmi 39 evdə yaşayıb qalıb. Üstəlik, sentyabrda bir neçə ailənin də köçməsi gözlənilir”.

Qurumdan hesab edirlər ki, kənddən şəhərə axın təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunan prosesdir – sadəcə, Lerikdə köç daha sürətlə gedir.

View this post on Instagram

A post shared by üzbəüz (@uzbeuztv)

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
globalinfo.az

4Mənbələr