AZ

Bu gün Xıdırlı kəndinə 60 ailə köçürüldü

BAKI, 29 iyul. TELEQRAF

Bu gün Ağdamın Xıdırlı kəndinə növbəti köç yola salındı.

Teleqraf xəbər verir ki, kəndə bu dəfəki köçdə 60 ailə 236 nəfər köçürülüb.

Xıdırlıya qayıdan sakinlər
hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Seçilən
13
teleqraf.com

1Mənbələr