Alman hücumçu Tomas Müller karyerasını MLS-də davam etdirəcək.
Operativ Media xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.
Mənbənin məlumatına görə, 35 yaşlı almaniyalı "Vankuver"lə 2026-cı ilin dekabrına qədər müqavilə imzalayacaq.
Müller “Bavariya”nın yetirməsidir və 2007-ci ildən klubun əsas komandasında çıxış edir. Ümumilikdə, forvard Münhen komandasının heyətində bütün turnirlərdə 756 oyun keçirib, 250 qol vurub və 276 məhsuldar ötürmə edib. Müller "Bavariya" ilə 33 kubok qazanıb.