AZ

Avropa Komissiyası Ukraynaya yardımın dayandırılması ilə bağlı xəbərdarlıq göndərib

Bakı. Trend:

Avropa Komissiyası (AK) Kiyevə antikorrupsiya qurumlarınatəzyiqlərin davam edəcəyi təqdirdə Avropa fondundan Ukraynayamaliyyə yardımının tam dayandırılmasının mümkünlüyü barədəxəbərdarlıq göndərib.

Trend-inməlumatına görə, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzetimənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, müvafiq məktub iyulun 21-də UkraynanınKorrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosu və İxtisaslaşdırılmışKorrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun müstəqillikdən faktikiolaraq məhrum edilməsi cəhdindən sonra daxil olub. Bildirilib ki,Ali Radanın deputatı və baş nazirin Avropa məsələləri üzrə keçmişmüavini İvanna Klimpuş-Tsintsadze müvafiq sənədin alındığınıtəsdiqləyib.

Onun sözlərinə görə, orada bildirilib ki, “korrupsiyaya qarşımübarizə orqanları ilə bağlı vəziyyət həll olunmazsa, Aİ fondununmaliyyə yardımı dondurulacaq”. Bu, “təkcə onun bir hissəsinə deyil,bütün növbəti tranşalara” aiddir.

Seçilən
15
az.trend.az

1Mənbələr