BAKI. 29 iyul. TELEQRAF
Kamboca Taylandla atəşkəs rejimini pozub və iki ölkənin hərbçiləri arasında atışma olub.
Teleqraf xəbər verir ki, bu barədə AFP Tayland ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, atəşkəs elan edildikdən sonra Fu Makua bölgəsində Kamboca tərəfinin törətdiyi pozuntular barədə məlumatlar daxil olub. Nəticədə tərəflər arasında səhərə qədər davam edən atışma baş verib. Bundan əlavə, Sam Tet bölgəsində də toqquşmalar olub.
Yada salaq ki, Tayland və Kamboca arasında münaqişə iyulun 24-də kəskinləşib. Tərəflər iyulun 29-da saat 00:00-da qüvvəyə minən atəşkəs barədə razılığa gəliblər .