BAKI. 29 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşmək fürsəti axtarmadığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri sosial şəbəkə hesabında yazıb.
D.Tramp bildirib: “Mediada mənim Çin prezidenti Si Çinpinlə görüşməyə fürsət axtardığım barədə xəbərlər yayılır. Bu doğru deyil, mənim belə bir cəhdim olmayıb.
Mən Çinə gedə bilərəm. Bu, Si Cinpinin dəvəti ilə olacaq.
Belə bir təklif göndərilib. Əks halda, bu səfər məni maraqlandırmırdı”.