Dariali keçid məntəqəsində Gürcüstana daxil olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün müvəqqəti yaşayış yeri tikiləcək.
Operativ Media xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məumat yayıb.
Qeyd edilir ki, layihənin təxmini dəyəri 300 min lari (111 min dollar) təşkil edir.
Yerləşdirmə sahəsi oktyabrın 1-dən qüvvəyə minəcək “Beynəlxalq mühafizə haqqında” yeni qanuna uyğun olaraq tikiləcək.
Sənədə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Gürcüstanla sərhəddə və ya tranzit zonasında beynəlxalq mühafizəyə dair vəsatət vermək hüququ olacaq və həmin şəxsin ölkəyə daxil olmasına icazə verilmədən müraciətə birbaşa sərhəd məntəqəsində baxılacaq.