Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
Herbiand.az xəbər verir ki, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış Bərdə rayonundan – 22 ailə (101 nəfər); Bakı şəhərindən – 20 ailə (73 nəfər); Ağdam rayonundan – 7 ailə (20 nəfər); Mingəçevir şəhərindən – 4 ailə (14 nəfər); Yevlax rayonundan – 3 ailə (15 nəfər); Sumqayıt şəhərindən – 1 ailə (6 nəfər); Abşeron rayonundan – 1 ailə (3 nəfər); Ağcabədi rayonundan – 1 ailə (2 nəfər); Qəbələ rayonundan – 1 ailə (2 nəfər) olmaqla ümumilikdə 60 ailə (236 nəfər) Xıdırlıya qayıdır.
Beləliklə, 29.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Ağdam rayonunun Xıdırlı kəndinə cəmi 130 ailə (512 nəfər) köçürülmüşdür.