AZ

"Sülh masası Türkiyədə qurulacaq"

“Rusiya-Ukrayna müzakirələrindən sonra sülh masası da Türkiyədə qurulacaq”.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib.

O, çıxışında diqqəti ölkəsinin həyata keçirdiyi diplomatik missiyaya yönəldib:

“Rusiya-Ukrayna müharibəsinin ilk günündən sülhpərvər siyasət həyata keçirmişik. Müzakirə masası İstanbulda qurulduğu kimi sülh masası da Türkiyədə qurulacaq və bu qanlı müharibəyə nöqtə qoyulacaq”.

Türkiyə lideri bu prosesin ölkəsinin beynəlxalq arenadakı vasitəçilik rolunu gücləndirəcəyini də söyləyib.

Seçilən
15
11
herbiand.az

10Mənbələr