Rusiyada yaşayan azərbaycanlı iş adamı və milyarder Araz Ağalarov Bakıya səfər edib. Bu barədə məlumatı onun oğlu, müğənni və Xalq artisti Emin Ağalarov şəxsi sosial media hesabında paylaşıb.
Emin Ağalarov atasını ilk dəfə “Sea Breeze” istirahət kompleksində gəzdirib və layihə barədə ətraflı məlumat verdiyini bildirib. Onun sözlərinə görə, Araz Ağalarov sonuncu dəfə əraziyə 7 il əvvəl gəlib, lakin həmin vaxt kompleksdə hazırkı infrastruktur mövcud olmayıb.
Paylaşımda “Ata” adlı musiqi ilə müşayiət olunan video və bir neçə xatirə fotosu da yer alıb.