Bakı, 29 iyul, AZƏRTAC
“Torpağımı, evimi orada qoyub gəlmişdim. İllərlə o həsrətlə yaşamışıq. Heç vaxt yerləşə bilmədik. O vaxt kəndi yoldaşımla və uşaqlarımla tərk etdik. Amma bu gün yoldaşım yoxdur – o dünyasını dəyişib. Mən uşaqlarımla birlikdə qayıdıram. Şükür bu günə”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdam rayonunun Xıdırlı kəndinə köç edən Zərifə Allahverdiyeva deyib.
O, illərdir ürəyində yaşatdığı yurd həsrətinin bu gün gerçəyə çevrildiyini sevinclə qeyd edib: “Amma bir arzum vardı – doğma yurduma qayıtmaq. İllərlə bunu gözləmişəm. İndi isə o gün gəlib çatıb. İnşallah ki, kəndimizdə iş yerləri açılsın, həm özüm, həm də övladlarım orada çalışacağıq. Öz kəndimizin bərpasında iştirak etmək, quruculuq işlərinə töhfə vermək istəyirik”.