AZ

Donald Tramp Çinə səfər etmək üçün dəvət alıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Prezidenti Si Cinpinlə tezliklə görüşmək fürsəti axtarmır, lakin artıq Çinə səfər üçün dəvət alıb.

Operativ Media xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında yazıb.

“Saxta media mənim Çin Prezidenti Si Cinpinlə zirvə görüşü keçirmək istədiyim barədə xəbərlər yayır. Bu, doğru deyil, mən belə bir şey axtarmıram”.

“Mən Çinə gedə bilərəm, lakin yalnız Si Cinpinin göndərdiyi dəvət əsasında. Bu dəvət artıq təqdim olunub. Əks halda, bu, məni maraqlandırmır”, – deyə Tramp əlavə edib.

Seçilən
0
operativmedia.az

1Mənbələr