Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən baş ofisi ilə təmizenerji sahəsində qlobal lider olan “Masdar” şirkəti Azərbaycanda 10giqavatt gücündə bərpa olunan enerji portfeli çərçivəsində yenilayihələrin həyata keçirilməsinə hazırdır.
Bu barədə Trend-əverdiyi özəl müsahibədə “Masdar” şirkətinin Azərbaycandakınümayəndəliyinin rəhbəri Murad Sadıxov danışıb.
Onun sözlərinə görə, "Masdar" Azərbaycan hökuməti ilə bütünportfeli əhatə edən iki böyük layihənin həyata keçirilməsi üzrəsaziş imzalayıb.
“Bu 10 giqavatlıq portfelə 2 giqavatt quruda külək enerjisi, 2giqavatt günəş enerjisi, habelə 6 giqavatt dənizdə külək enerjisivə "yaşıl" hidrogen daxildir. Bu portfeldən biz hazırda 1giqavatlıq hissəsini – üç layihəni – həyata keçirməkdəyik.Energetika Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə birsıra tədqiqatlar aparılıb. Birinci tədqiqat yaşıl enerji sahəsindəbazar imkanlarının müəyyənləşdirilməsinə həsr olunub.
Azərbaycanda "yaşıl" enerji üzrə daxili və xarici imkanlarlabağlı ətraflı marketinq planının hazırlanması üçün biz beynəlxalqməsləhətçi seçmişik. Plan orta və uzunmüddətli dövrü əhatə edir,həmçinin, Energetika Nazirliyinə "yaşıl" enerjidən maksimumistifadə və ölkədə enerji keçidinin sürətləndirilməsi üçüntövsiyələr verir”, – deyə Sadıxov bildirib.
“Masdar” nümayəndəliyinin rəhbəri qeyd edib ki, ikinci tədqiqatelektrik şəbəkəsinin dayanıqlılığı və imkanlarına həsr olunub vəbu, yalnız “Masdar” layihələrini deyil, ümumilikdə ölkənin enerjisistemini əhatə edib.
“Bu məqsədlə çox peşəkar bir məsləhətçi seçdik. O, "Azərenerji’ilə birlikdə şəbəkə üzrə kompleks araşdırma apararaq, bərpa olunanenerji layihələrinin şəbəkəyə qoşulması üçün tələb olunan minimalgücləri hesablayıb”, – deyə o qeyd edib.
Sadıxov vurğulayıb ki, həyata keçirilən layihələr təkcə ekolojivəziyyətin yaxşılaşdırılmasına deyil, həm də iqtisadi artıma töhfəverməyə yönəlib.
“Məsələn, Biləsuvar və Neftçaladakı layihələrimiz 135 000-dənçox evin elektrik enerjisi ilə təmin edilməsinə imkan verəcək vəildə 730 000 tondan çox CO₂ tullantısının qarşısını alacaq”, – deyəo əlavə edib.
10 giqavatlıq layihə portfelinin tam həyata keçirilmə müddətinəgəlincə, Sadıxov bildirib ki, "Masdar" bu gücləri bir neçə ilərzində reallaşdırmağa hazırdır:
“Lakin məsələ təkcə investorların hazır olması ilə bitmir –burada elektrik şəbəkəsinin infrastrukturu və bazarın hazırlığı davacibdir. Layihələrin həyata keçirilməsinin bir neçə ssenarisimövcuddur”.
O əlavə edib ki, Azərbaycanla Avropa arasında "yaşıl" enerjininixracı üçün marşrut hazır olan kimi, “Masdar” və digər investorlarbu prosesi dəstəkləməyə hazır olacaqlar.
“Bu 10 giqavatt çərçivəsində, həmçinin, daha kiçiktəşəbbüslərimiz və ixrac imkanlarımız da var”, – deyə o izahedib.
“Qaradağ” Günəş Elektrik Stansiyası
Sadıxov bildirib ki, “Masdar” Azərbaycanda yerləşən “Qaradağ”günəş elektrik stansiyasının mövcud gücünün genişləndirilməsindəböyük potensial görür.
“Stansiyanın pik gücü 230 meqavatdır və tam gücü ilə işləyir.Artıq Energetika Nazirliyi ilə stansiyanın gücünün artırılmasıməsələsi üzrə müəyyən məsləhətləşmələr aparmışıq. Sahəmizinyaxınlığında çoxlu sayda əlçatan torpaq sahələri var və bizgenişlənmək üçün yaxşı potensial görürük”, – deyə o bildirib.
İkincisi, onun sözlərinə görə, istehsal olunacaq enerjini alacaqpotensial alıcının (offteykerin) tapılması vacibdir.
“Bu məsələlər hazırda müzakirə olunur. Belə imkan yarandıqda,düşünürəm ki, layihənin yeni mərhələsini başlada biləcəyik”, – deyəo əlavə edib.
Sadıxov qeyd edib ki, 2025-ci ilin iyun ayında “Qaradağ” günəşelektrik stansiyasının elektrik enerjisi istehsalı ümumilikdə 68,8milyon kilovatt-saat təşkil edib.
“Bu, 2025-ci ildə "Qaradağ" stansiyasının faktiki generasiyagöstəricisidir. 9 iyulda stansiyanın istifadəyə verilməsindən bugünə qədər ümumilikdə 800 milyon kilovatt-saat "yaşıl" enerjiistehsal olunduğunu qeyd etdik. Bu, çox yüksək göstəricidir”, –deyə o bildirib.
Stansiyada istifadə olunan innovativ texnologiyalar barədədanışan Sadıxov qeyd edib ki, obyekt 570 000 ədəd ikitərəfli günəşpanelindən ibarətdir.
“Bu yeni texnologiya enerjini panellərin həm ön, həm də arxatərəfindən hasil etməyə imkan verir. Günəşin hərəkətini və bucağınıizləyən sistemdən istifadə olunur. Stansiyada 820 ədəd siminvertoru var və bütün enerji "Azərenerji"nin şəbəkəsinə ötürülür”,– deyə Sadıxov izah edib.
O əlavə edib ki, stansiyada hər şeyin düzgün işləməsini təminetmək üçün "Masdar" şirkətinin texniki xidmət komandası fəaliyyətgöstərir.
“Günəş stansiyasının istismarı və texniki xidməti uzunmüddətlimarafondur. Bu stansiya daim tam gücü ilə işləməlidir. Ona görə də"Masdar" şirkətinin bu sahədə ixtisaslaşmış texniki xidmət şirkətivar – “Masdar Specialized Technical Service Company” (MSTS).Ərazidə stansiyanın istismarında böyük təcrübəyə malik 20-dən çoxəməkdaş çalışır”.
Biləsuvar və Neftçala Günəş Elektrik Stansiyalarılayihələri
“Masdar və “SOCAR Green” üç layihə üzərində işləyir: Biləsuvar(445 meqavatt) və Neftçala (315 meqavatt) günəş elektrikstansiyaları, eləcə də, Abşeron-Qaradağ külək layihəsi (240meqavatt)”, – deyə o bildirib.
Sadıxov qeyd edib ki, Biləsuvar və Neftçala günəş elektrikstansiyaları üzrə ilkin layihələndirmə işləri aparılır.
“Artıq mühəndis araşdırmaları, təchizat və tikinti işləri (EPC)üzrə podratçı seçilib, o sahədə səfərbər olub və ilkin tədqiqatlarıtamamlayıb”, – deyə o qeyd edib.
Sadıxov vurğulayıb ki, hər iki stansiyanın – Biləsuvar vəNeftçala – ilkin enerji təminatına, yəni şəbəkəyə qoşulmasına vəelektrik enerjisi istehsalına gələn ilin ortalarında başlanacağıplanlaşdırılır.
“Abşeron-Qaradağ” Külək Elektrik Stansiyası
O əlavə edib ki, şirkət “Abşeron-Qaradağ” külək elektrikstansiyası üçün külək resurslarının ölçülməsi kampaniyasını davametdirir.
“12 aylıq ölçmə mərhələsini başa çatdırmalıyıq, bu, ilinsonunadək planlaşdırılır. Bundan sonra mühəndis araşdırmaları,təchizat və tikinti (EPC) işləri üzrə podratçının seçilməsi prosesibaşlayacaq. Tikinti işlərinə 2026-cı ilin əvvəlində başlamağıplanlaşdırırıq. Bu, ilkin və mühəndis işlərinin yekunlaşmasındanasılıdır, lakin bütün işlərin 2027-ci ilin sonuna qədərtamamlanması nəzərdə tutulur”, – deyə Sadıxov yekunlaşdırıb.