Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Pərviz Cəfərovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 4 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 10 mart 2024-cü ildə Göygöl rayonu Yeni Qızılca kəndində qeydə alınıb.
Belə ki, Pərviz Cəfərov qızının yaşadığı evinə gedərkən qudası, zərərçəkmiş Xəyal Əliyevin (soyadı şərtidir) idarə etdiyi “QAZ-24” markalı avtomobil yanından keçərkən onu görüb saxlayıb. O, kürəkənin qızı ilə yaşadıqları evdə mübahisə etmələrini və zərərçəkmişin oğlunun onların ünvanına nalayiq sözlər işlətməsi ilə bağlı irad bildirib. Bu zaman Pərvin bıçaqla Xəyala bir neçə dəfə zərbə vuraraq ona bədən xəsarəti yetirib.
Hadisədən sonra Pərviz Cəfərov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Kamal Məmmədov