AZ

Ona acıqlı baxan restoran sahibinə xəsarət yetirən sərxoş müştəri ilə bağlı QƏRAR

 

 

 

 

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Taleh Əzizovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə ötən il Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yerləşən “Umud” adlı restoranda qeydə alınıb.

 

Belə ki, Taleh Əzizov zərərçəkmiş Yusif Nəbizadəyə (şərti) məxsus sözügedən restoranda pivə içib. Sonra təqsirləndirilən şəxs Yusifin ona acıqlı baxaraq restoranın sanitar qovşağına tərəf getməsini özünə qarşı qərəzli münasibət hesab edib. O, sərxoş vəziyyətdə zərərçəkmiş şəxsin arxasınca gedib orada onun ünvanına ucadan nalayiq ifadələr işlədərək üzərinə hücum edib. Daha sonra Taleh özü ilə gətirdiyi kəsici alətdən silah qismində istifadə edərək Yusifin sifət və boyun nahiyəsinə qəsdən bir neçə zərbə vuraraq, ona bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra Taleh Əzizov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Masallı Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə təmin etməyib.

 

Kamal Məmmədov

Tarix: 29 İyul 2025, 08:20   
Seçilən
5
pravda.az

1Mənbələr