Portuqaliyanın “Sportinq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Lissabon təmsilçisi “Almeriya”dan Luis Suaresi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Suares ötən mövsüm İspaniya Sequndasında 41 oyunda 27 qol vurub, 8 məhsuldar ötürmə edib.