AZ

ABŞ PREZİDENTİ PUTİNƏ SON XƏBƏRDARLIQ EDİB » AzadMedia.az

ABŞ

Tramp, Rusiya Prezidenti Vladimir Putinə qarşı əvvəllər verdiyi 50 günlük sülh razılaşması müddətini azaldaraq yeni bir ultimatum irəli sürüb. ABŞ lideri, Rusiyanın münaqişəni dayandırması üçün indi yalnız 10-12 gün vaxtı olduğunu bildirib. Onun sözlərinə görə, bu qərar Moskvanın son günlərdə Ukrayna şəhərlərinə qarşı davam edən raket və pilotsuz təyyarə hücumlarından sonra verilib.

Tramp, Putinə verdiyi əvvəlki vaxt limitinin artıq mənasını itirdiyini bildirib və qeyd edib ki, əgər yaxın günlərdə irəliləyiş olmasa, Rusiya ilə ticarət sahəsində ağır tariflər və ikincili sanksiyalar tətbiq edilə bilər.

O, həmçinin Prezident Putinlə şəxsi əlaqələrini şərh edərkən, bir daha onunla görüşmək istəmədiyini vurğulayıb.

Trampın bu bəyanatına ilk reaksiya isə Ukrayna Prezidenti Volodimir Zelenskiydən gəlib. Axşam saatlarında yayımlanan videomüraciətində Zelenski Trampın sözlərini “son dərəcə əhəmiyyətli” adlandırıb və Ukraynanın ABŞ ilə əməkdaşlıqda sülhə hazır olduğunu bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, ötən gecə Rusiya tərəfindən ölkə ərazisinə 300-dən çox pilotsuz aparat, 4 qanadlı və 3 ballistik raket buraxılıb. Bu hücumlar, Trampın sülh çağırışına baxmayaraq, Moskvanın mövqeyində dəyişiklik olmadığını göstərir.

Xatırladaq ki, Tramp iyulun 14-də etdiyi çıxışında, sentyabr ayının əvvəlinə qədər sülh razılaşması əldə olunmasa, Rusiyaya qarşı "çox ciddi" tariflər tətbiq edəcəyini bildirmişdi. Artıq bu tarix avqustun 7-9-na çəkilib.

Seçilən
0
1
azadmedia.az

2Mənbələr