AZ

"Fənərbaxça"nın istədiyi futbolçu seçimini etdi

Qranit Caka "Bayer Leverkuzen" klubundan ayrılıb. Metbuat.az xəbər verir ki, futbolçu İngiltərənin "Sanderlend" klubuna transfer olmaq üzrədir. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, "Sanderlend" klubu futbolçu ilə 3 illik müqavilə barədə razılığa gəlib. Bildirilir ki, "Sanderlend" oyunçunun transferi üçün "Bayer Leverkuzen"ə 20 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Fənərbaxça" klubunun da Qranit Cakanın xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi.

Seçilən
3
metbuat.az

1Mənbələr