İnsan doğulduğu andan etibarən ətrafı ilə uyğunlaşmağa çalışır və zamanla bəzi düşüncə qəlibləri formalaşır. Bu düşüncələr həyatımıza yön verir. Xüsusilə mənfi düşüncələr zamanla daxili əngəllərə çevrilə bilər.
Pravda.az bildirir ki, hadisələrə fərqli baxış bucağı ilə yanaşmaq və müsbət düşüncə tərzini inkişaf etdirmək həyatımızda dönüş nöqtəsi ola bilər.
Müsbət düşüncə nədir?
Müsbət düşüncə reallıqdan uzaqlaşmaq deyil, həyat hadisələrinə ümid və həll yönümlü yanaşmaqdır. Bu yanaşma özünəinamı artırır, motivasiyanı yüksəldir və psixoloji tarazlığı qorumağa kömək edir.
Stresslə bağlılıq və müsbət düşüncənin faydaları
Stress bəzən motivasiyaedici ola bilər, lakin uzunmüddətli olduqda həyat keyfiyyətini azaldır. Zehin daim düşündüyü şeyləri gerçək kimi qəbul edir. Bu səbəbdən mənfi düşüncələr insanı məqsədlərindən uzaqlaşdıra bilər. Əksinə, müsbət düşüncə özünəinamı və problemlərlə mübarizə gücünü artırır.
Müsbət düşüncəni dəstəkləyən günlük vərdişlər
Günü pozitiv niyyətlə başlamaq
Kiçik uğurları və xoş anları dəyərləndirmək
Uğursuzluğu təcrübə kimi qəbul etmək
Ruhlandırıcı fikirlərlə özünüzü motivasiya etmək
Pozitiv insanlar və fəaliyyətlərlə zaman keçirmək
Meditasiya və nəfəs texnikaları ilə zehni rahatlatmaq
Qeyd: Müsbət düşüncə tərzi yalnız əhvalınıza deyil, həm də həyat keyfiyyətinizə və münasibətlərinizə böyük təsir edə bilər. Bu gücdən faydalanmaq üçün onu gündəlik vərdişə çevirmək kifayətdir.
Əminə Bayramova