"Türkiyə sakinləri bu gün ayrı-ayrı şəxslərin ətraf mühitə etinasızlığına görə yüksək qiymət ödəməyə məcburdurlar. Məsələ ondadır ki, ilin əvvəlindən ölkəmizdə qeydə alınan 4247 meşə yanğınının 96 faizi insanların təqsiri üzündən baş verib".
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 28-də Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.
Dövlət başçısının sözlərinə görə, təxribat və yaşıl massivlərin yandırılması halları qeydə alınır. Türkiyə lideri deyib ki, yanğınların başverməsində əli olan hər kəs qanun çərçivəsində tam məsuliyyət daşıyacaq..
"Türkiyənin meşə massivləri 14 PUA və 776 müşahidə qülləsi vasitəsilə gecə-gündüz nəzarətdə saxlanılır”, - deyə Ərdoğan bildirib.
Bizim.Media