AZ

Azərbaycan atıcıları Avropa çempionatında medal qazandılar

BAKI, 29 iyul. TELEQRAF

Fransanın Şatoru şəhərində keçirilən Avropa Atıcılıq çempionatında Azərbaycan atıcıları fəxri kürsə qalxıblar.

Teleqraf xəbər verir ki, dairəvi (skeet) stend qarışıq duet komandası kateqoriyasında mübarizə aparan Niyaz Ağazadə və Riqina Meftaxetdinova cütlüyü bürünc medal qazanıblar.

Azərbaycan təmsilçiləri medal qarşılaşmasında İsveç duetinə — Stefan Nilsson Şoen və Viktoriya Larsson cütlüyünə qarşı üstün oyun nümayiş etdiriblər.

Seçilən
6
3
teleqraf.com

6Mənbələr