BAKI. 29 iyul. TELEQRAF
Sumqayıtda və Zaqatalada yanğın hadisələri baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 800 m² olan təkrar emal sexində plastik materiallar 200 m² sahədə yanıb. Yüksək temperaturdan metaldan ibarət dam örtüyü 50 m² sahədə deformasiyaya uğrayıb. Sex yanğından mühafizə olunub.
Zaqatala rayonunun Bəhmətli kəndində isə ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.