Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Antalya Hava Limanının 26 iyulda, İstanbul Hava Limanının isə 27 iyulda ən yüksək gündəlik sərnişin sayına çatdığını açıqladı.
Hafta.az-ın yazdığına görə, Türkiyənin ən yüksək sərnişin tutumuna malik İstanbul və Antalya hava limanlarının rekord sərnişin daşımalarına ev sahibliyi etdiyini qeyd edən Uraloğlu, "Antalya Hava Limanı 26 iyulda 225118 sərnişinlə bütün zamanların gündəlik sərnişin sayı rekordunu qırdı. İstanbul Hava Limanı da 27 iyulda 272132 sərnişinlə ən yüksək gündəlik sərnişin sayına çatdı. Bu, Avropada ən yüksək sərnişin sayına sahib hava limanıdır" deyib. Uraloğlu deyib ki, iyulun 26-da Antalya Hava Limanı beynəlxalq reyslərdə 203348, daxili reyslərdə isə 21770 sərnişini qarşılayıb. Beləliklə, hava limanı 3 avqust 2024-cü ildə qeydə alınan 223217 səfərlə əvvəlki rekordu aşıb. Daxili uçuşlar da 1217 uçuşla keçən ilin rekord səviyyəsinə çatıb.