Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu statistika kiməsə qəribə gələ bilər, amma reallıqdır.
Avtosfer.az Paris meriyasının saytına istinadla xəbər verir ki, parislilərin 66 faizinin şəxsi avtomobili yoxdur. Avtomobilsiz ailələrin sayı ilbəil artır. Halbuki, 50 əvvəl əhalinin 60 faizdən çoxunun avtomobil vardı. Ailələrin cəmi 5 faizinin 2 və daha artıq avtomobili var. Parisin mərkəzi hissəsində əhali əsasən piyada gəzməyə və metrodan istifadəyə üstünlük verir. Avtomobil sahiblərinin cəmi 30 faizi işə şəxsi maşınla gedir. 30 il əvvəl milyondan çox avtomobil olan şəhərdə indi təxminən 430 min avtomobil qalıb. Avropanın iqtisadi gücünə görə ikinci ölkəsinin paytaxtında əhali nə üçün avtomobildən üz döndərir?
Parisdə avtomobil sayının azalmasının başlıca səbəbi ictimai nəqliyyatın mükəmməl işidir. Metro, avtobus, tramvay və şəhərdaxili qatarların hərəkəti sinxronlaşdırılıb. Şəhər daxilində avtomobillə hərəkət edərək əlavə xərc çəkməyə ehtiyac qalmayıb.
Parkalma yerlərinin azlığı, bahalı yanacaq və sığorta da parislilərin seçiminə təsir edir. Lakin ən əsası, ictimai nəqliyyatın yaxşı işləməsidir.
Azərbaycana gəlincə. Sovet dövründə hər min nəfərə düşən avtomobil sayına görə müttəfiq respublikalar arasında sondan ikinci yerdə dayanan Azərbaycanda son 10 ildə avtomobilləşmə dönməyən prosesə çevrilib. Əgər Paris küçələrində hər il avtomobillər və parkinqlər azalırsa, Bakıda bunun əksi müşahidə edilir. Paytaxtımızdakı avtomobil sayı Parisdən azı 2 dəfə çoxdur. Yenə də səbəb ictimai nəqliyyatdır.
Vüqar
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.