AZ

ABŞ, İsrail-İran müharibəsi zamanı THAAD raket ehtiyatının dörddəbirini sərf edib

12 günlük müharibə ABŞ-ın hava hücumundan müdafiə imkanlarında boşluqları üzə çıxarıb...

Poliqon xəbər verir, İsraillə İran arasında baş vermiş və 12 gün davam edən son silahlı qarşıdurma zamanı ABŞ qüvvələri 100-dən çox, bəzi məlumatlara görə isə 150-yə yaxın THAAD (Terminal High Altitude Area Defense) raketini istifadə edib. Bu, ABŞ-ın ən müasir hava hücumundan müdafiə sistemlərindən biri olan THAAD-ın mövcud arsenalının əhəmiyyətli bir hissəsini təşkil edir.

ABŞ-ın ümumilikdə yeddi THAAD batareyası var və onlardan ikisi bu münaqişə zamanı İsraildə yerləşdirilmişdi. Raketlərin bu qədər tez və kütləvi istifadəsi ABŞ-ın hava hücumundan müdafiə sistemindəki potensial çatışmazlıqları üzə çıxarıb və ehtiyatların ciddi şəkildə azalmasına səbəb olub.

2023-cü ildə ABŞ cəmi 11 ədəd yeni THAAD raketi alıb. Pentaqonun 2026-cı maliyyə ili üçün layihələndirdiyi büdcəyə əsasən isə cəmi 12 raketin alınması planlaşdırılır.

THAAD sistemi mobil raketdən müdafiə kompleksidir və aşağı, orta və orta-uzaq mənzilli ballistik raketləri həm atmosfer daxilində, həm də onun hüdudlarından kənarda — trayektoriyanın son mərhələsində məhv etməyə qadirdir. Bir raketin təxmini dəyəri 12,7 milyon ABŞ dollarıdır.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr