"Nüvə proqramımızın qeyri-dinc məqsədlərə yönəlməsi ilə əlaqədar şübhə varsa, bu, danışıqlar yolu ilə aydınlaşdırıla bilər. Göründüyü kimi, "hərbi həll variantı" nəticəsiz qaldı",– Əraqçi bildirib.
![]() |
ABŞ THAAD sistemlərinin 1/4-ni İran üçün işlədib |
Xatırladaq ki, iyunun 13-də İsrail Hərbi Hava Qüvvələri İran ərazisindəki nüvə obyektlərinə genişmiqyaslı aviazərbələr endirməyə başlayıb. Əməliyyatın məqsədi Tehranın nüvə proqramını tamamilə sıradan çıxarmaq idi. İran Silahlı Qüvvələrinin bu hücuma cavab verməsi nəticəsində iki ölkə arasında müharibə meydana gəlib. Eyni zamnda, ABŞ Ordusu da həm hücum, həm də müdafiə sahəsində İsraili dəstəkləyib. Birgə aviazərbələrlə İranın bir sıra nüvə mərkəzi dağıdılıb. Hər iki ölkədə çox sayda insan da həyatını itirib.
ABŞ Prezidenti Donald Tramp 12 günlük müharibənin ardınca söyləyib ki,Tehran nüvə proqramını bu, ya digər şəkildə canlandırarsa, Vaşinqton onu yer üzündən tamamilə siləcək.
Firudin Həmidli
AzVision.az