AZ

Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham edib

Tailand ordusu Kambocanı atəşkəs razılaşmasını pozmaqda ittiham edib. Sərhəddə atəşkəsə baxmayaraq, bəzi ərazilərdə döyüşlər davam edir, bu barədə “AFP” yazıb.

“Atəşkəs elan edildikdən sonra Fu Makua bölgəsində Kamboca tərəfinin provokasiyası ilə iğtişaşlar olduğu və bu, tərəflər arasında səhərə qədər davam edən atışma ilə nəticələndiyi barədə məlumatlar var”, – mesajda deyilir.

Xatırladaq ki, Tailand və Kamboca arasında atəşkəs razılaşması iyulun 28-də qüvvəyə minib. Döyüşlər 24-dən gedirdi. Ən azı 35 nəfər həlak olub. Tərəflər arasında münaqişə Tamoanthom, Tamoantauç və Takrabay məbədləri ətrafındakı mübahisəli ərazilər üzərində yaranıb. Kamboca iyun ayında bu ərazilərə sahiblik məsələsini Beynəlxalq Ədalət Məhkəməsinə verib, Tailand isə bu addımla razılaşmayıb.

Seçilən
17
banker.az

1Mənbələr