AZ

Analitik: İran prosesin qarşısını ala bilməyəcək

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Azərbaycan, Ermənistan, Türkiyə və ABŞ arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma mövcuddur

İranın ali rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı sərt mövqe bildirib. Vilayəti bu layihəni "İranın milli birliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bir təhdid" kimi qiymətləndirib. Vilayətinin cəfəng sözlərinə görə, "düşmənlər" iqtisadi inkişaf bəhanəsi ilə bölgədə öz planlarını həyata keçirmək istəyirlər. O, iddia edib ki, bölgədə bəzi dövlətlər, xüsusilə də Qərb dairələri və pantürkist çevrələr "iqtisadi dəhliz" adı altında İranın şimalında NATO-nun təsir zonasını genişləndirmək istəyir. Vilayətinin fikrincə, bu planlar, əslində, Cənubi Qafqazda sabitliyi pozmaq, İranın və Rusiyanın mühasirəyə alınması məqsədi daşıyır. O, Azərbaycanın bölgədəki roluna da toxunaraq, Azərbaycanın xalqını "düşmən planlarına qarşı ayıq olmağa" çağırıb. İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının bir sıra səbəbləri var. Zəngəzur dəhlizi həyata keçərsə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa bağlantı açılır. Bu halda İran-Ermənistan sərhədi qapana və İranın Ermənistan üzərindən Avrasiya bazarlarına çıxışı çətinləşə bilər. İran bunu özünün şimaldan təcrid olunması kimi qiymətləndirir. Həmçinin, Zəngəzur dəhlizi Türkiyəni birbaşa Mərkəzi Asiya və Qafqaza bağlayır. Bu da İranın regiondakı nüfuzunu zəiflədir. İran bölgədə Türkiyənin və NATO-ya yaxın qüvvələrin güclənməsini öz təhlükəsizliyi üçün risk sayır. İran özünü Qafqazda tarazlaşdırıcı güc kimi görür. Zəngəzur dəhlizi bu balansı Azərbaycan və Türkiyə lehinə dəyişdirə bilər. Bu səbəbdən Tehran bu layihəyə narazılıq edir. 

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Xameneinin müşaviri Əli Əkbər Vilayətinin iddiaları, dəhliz layihəsini geosiyasi mübarizənin elementi kimi təqdim etməsi, xüsusilə Rusiyaya təhlükə yaratması haqda dedikləri Moskva ilə gündəliyini eyniləşdirmək və onun dəstəyini əldə etmək məqsədi daşıyır. Ekspertin sözlərinə görə, Vilayətinin vurğunu məhz NATO təhlükəsi və Rusiya üçün strateji regionlar üzərinə yönəltməsi də buna hesablanıb:

Seçilən
3
sherg.az

1Mənbələr