AZ

Son 10 ildə 74 abituriyent maksimum nəticə GÖSTƏRİB

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci ildə 91 mindən çox abituriyent qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan sadəcə 2-si buraxılış və qəbul imtahanlarında maksimum nəticə göstərərək 700 bal toplaya bilib. 

Modern.az-ın məlumatına görə, son 10 ildə qəbul imtahanlarında iştirak edən abituriyentlərin ümumilikdə 74-ü maksimum nəticə əldə edə bilib. 

Lakin illər üzrə baxdıqda 700 bal toplayan abituriyentlərin bölgüsündə ciddi fərqlər müşahidə olunur. 

Belə ki, 2015 və 2018-ci illərdə imtahanda bütün sualları düzgün cavablandıran şəxslərin sayı son 10 ildə maksimum bal toplayanların 93,2 faizini təşkil edir. 

2015-ci ildə 15, 2016-cı ildə 10, 2017-ci ildə 15, 2018-ci ildə isə 29 nəfər 700 bal toplayıb. 2019-2021-ci illərdə, həmçinin 2023-cü ildə isə 700 bal toplaya bilən abituriyent olmayıb. 2022-ci ildə 1, 2024-2025-ci illərdə isə 2 nəfər maksimum nəticə əldə ediblər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
modern.az

2Mənbələr