ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə tez bir zamanda görüşmək fürsəti axtarmadığını, lakin artıq Pekinə səfər dəvəti aldığını bildirib.
Bu barədə Amerika lideri "Truth Sosial”dakı hesabında yazıb.
"Yalançı KİV-lər yazır ki, mən Çin Sədri Si Cinpinlə sammit keçirmək üçün fürsət axtarıram. Bu, doğru deyil, mən heç nə axtarmıram", - o qeyd edib.
"Mən Çinə gedə bilərəm, ancaq artıq təklif göndərmiş Sədr Si Cinpinin dəvəti ilə. Əks halda, bu məni maraqlandırmır", - Amerika lideri əlavə edib./Report
Tarix: 29 İyul 2025, 09:04