AZ

"ChatGPT"də aparılan söhbətlər məhkəmədə dəlil kimi istifadə olunancaq?

"ChatGPT" istifadəçiləri ilə aparılan söhbətlər məxfi sayılmır və müəyyən hallarda məhkəmələrdə sübut kimi istifadə oluna bilər".

E-saglam.az-ın "Business Insider"ə istinadən verdiyi məlumata görə, bu barədə "OpenAI" şirkətinin baş direktoru Sem Altman xəbərdarlıq edib.

O bildirib ki, "ChatGPT" ilə aparılan yazışmalar, hüquqi baxımdan real terapevt, həkim və ya hüquqşünasla aparılan söhbətlər səviyyəsində qorunmur:

"Əgər siz "ChatGPT" ilə ən şəxsi məsələlərinizi müzakirə edirsinizsə və sonra məhkəmə prosesi başlayırsa, bizdən həmin məlumatları təqdim etmək tələb oluna bilər. Məncə, bu, çox yanlışdır", - deyə o qeyd edib.

"OpenAI" rəhbəri yeni məxfilik qanunlarının qəbul edilməsinin vacibliyinə diqqət çəkərək, bu məsələnin təcili həllini zəruri hesab etdiyini bildirib. Bununla belə, o, hələlik bu sahədə necə davranılmalı olduğuna dair dəqiq mexanizmin formalaşmadığını etiraf edib.

Qeyd olunur ki, "WhatsApp" və "Signal" kimi "başdan-sona" ("end-to-end") şifrələmə xidməti ilə çalışan messencerlərdən fərqli olaraq, "OpenAI" "ChatGPT"dəki söhbətləri görə bilir. Bu, süni intellektin təkmilləşdirilməsi və qayda pozuntularına nəzarət məqsədilə edilir. Bununla yanaşı, istifadəçilərin - istər ödənişsiz, istərsə də "Plus" və "Pro" hesab sahiblərinin - sildiyi söhbətlər yalnız 30 gün ərzində sistemdən tamamilə silinir. Lakin bu müddət ərzində hüquqi və ya təhlükəsizlik səbəbləri ilə həmin məlumatlar saxlanıla bilər.

Oxu.az

E-saglam.az

Seçilən
0
4
e-saglam.az

5Mənbələr