AZ

Tramp İrandan nə istəyir?

Donald Tramp İranla bağlı sərt açıqlama verib.

Milli.Az xəbər verir ki, o, Tehranın ciddi zərbə aldığını və bunun tamamilə ədalətli olduğunu bildirib. 

Trampın sözlərinə görə, ABŞ İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcək. O əlavə edib ki, rəsmi Tehran son gərgin hadisələrə baxmayaraq, uranın zənginləşdirilməsinə davam etməkdə israrlıdır.

"Onlar hələ də uranı zənginləşdirmək barədə danışırlar. Ağır bir vəziyyətdən çıxıblar, amma yenə də geri addım atmırlar. Belə bir şey demək üçün nə qədər düşüncəsiz olmaq lazımdır? Biz buna yol verməyəcəyik", - deyə Tramp qeyd edib.

Asya
Milli.Az

Seçilən
6
1
milli.az

2Mənbələr