BAKI, 29 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp gözlənilmədən Ukraynadakı müharibənin sülh yolu ilə nizamlanması şərtləri ilə bağlı mövqeyini dəyişib. O, rusiyalı həmkarı Vladimir Putinə verdiyi 50 günlük vaxtı 10-12 günə qədər azaltdığıbı açıqlayıb. Bununla belə, Kremlin Trampa reaksiyasını proqnozlaşdırmaq mümkündür.
Teleqraf xəbər verir ki, bu barədə CNN yazır.
“Bəli, mən bu gündən etibarən təxminən 10-12 günlük yeni bir son tarix təyin edəcəyəm. Gözləməyin mənası yoxdur. Mən səxavətli olmaq istəyirəm, amma heç bir irəliləyiş görmürük”, - Tramp deyib.
Mənbə bildirir ki, müddətin kəskin şəkildə azaldılması ilə bağlı dəyişikliyin səbəbləri və onun Rusiyaya mümkün təsiri ilə bağlı suallar yaradır. Məqalədə qeyd olunur ki, Moskva əvvəlki kimi güzəştə getməyə hazır deyil. Kreml bəyan edir ki, maksimalist məqsədlərinə çatana qədər müharibəni dayandırmayacaq. Bura əsasən, Ukrayna ərazilərinə nəzarət və Kiyevə xarici siyasət məhdudiyyətləri tətbiq etmək daxildir.
Rusiyanın özü də Trampın ultimatumuna şübhə ilə yanaşır. Xarici işlər naziri Sergey Lavrov bundan əvvəl ABŞ prezidentini ələ salmışdı:
“50gün! Əvvəllər 24 saat idi, sonra 100 gün oldu. Bunların hamısından keçmişik”.
Politoloq Sergey Markov Trampın son bəyanatını belə şərh edib:
“Rusiyanın Trampın ultimatumuna faktiki cavabı son 500 ildə verilən bütün ultimatumlarda olduğu kimi olacaq. Get! Cəhənnəmə get!”.