AZ

Daha bir ölkə Fələstini tanımağa HAZIRLAŞIR

Böyük Britaniyanın Baş naziri Keir Starmer bu həftə Fələstin dövlətini tanımaqla bağlı planını təqdim etməyə hazırlaşır. Bu barədə The Times nəşri məlumat yayıb.

News24.az TASS-a istinadən məlumat verir ki, hakim Leyborist Partiyasının yeddi naziri Baş nazirə təzyiq göstərərək, Fələstinin tanınması ilə bağlı seçkiqabağı verilmiş vədi yerinə yetirməyə çağırır. Həmin vəd partiyanın 2024-cü ilin iyulunda keçirilmiş ümumi seçkilərdə qələbə qazanaraq yenidən hakimiyyətə gəlməsindən sonra gündəmə gəlib. Manifestdə tanınma üçün konkret vaxt göstərilməsə də, partiya daxilində təzyiqlər artmaqdadır.

Qəzet yazır ki, təxminən 130 Leyborist deputat — parlament fraksiyasının üçdə birinə yaxını — Fələstinin tanınmasını tələb edir.

Baş nazirin sözçüsü bildirib ki, Keir Starmer "qalıcı sülhün təmin olunması üçün Avropalı liderlərlə paylaşdığı planlar üzərində çalışır" və Fələstin xalqının "öz dövlətinə sahib olmaq kimi ayrılmaz hüququnu" tanımağa hazırlaşır.

Xeyrənsə Piriyeva

Seçilən
12
news24.az

1Mənbələr