AZ

Biləsuvarda gənclər qaçış idman növündə güclərini sınayıblar   

Biləsuvar

Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin

birgə təşkilatçılığı ilə  5 kilometr məsafəyə

qaçış üzrə rayon birinciliyi keçirilib.

 

 200 nəfərdən

çox iştirakçının mübarizə apardığı yarışlara rayonun Xırmandalı kəndinin giriş

hissəsindən start verilib. Qaçış zamanı Heydər Əliyev parkında qurulmuş finiş xəttinə

birinci və ikinci olaraq Nəsimi kənd sakinləri Seymur Hüseynov və Tacəddin Fətullayev,

üçüncü isə Çaylı  kənd sakini Qadir Həmidli

çataraq yarışın qalibi olublar.

Mükafatlandırılma

mərasimində iştirak edən rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov qalibləri

təbrik edərək onlara uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan  Prezidenti İlham Əliyevin həyata keçirdiyi

uğurlu dövlət siyasəti nəticəsində respublikamızın bütün bölgələrində olduğu

kimi, Biləsuvarın da sosial-iqtisadi və mədəni həyatında, dövlət idarəçiliyində

gənclər uğurla təmsil olunurlar.

Tədbirdə

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov və idarənin

Biləsuvar sektorunun rəisi Azad Quliyev çıxış edərək Gənclər və İdman

Nazirliyinin yaradılmasının 31 illiyi ilə əlaqədar görülən işlərdən, idmanın

inkişafına təkan verən tədbirlərdən danışaraq idmançılara uğurlar arzulayıblar.

Sonra

qaliblərə medallar, fəxri fərmanlar və hədiyyələr təqdim olunub, xatirə şəkilləri

çəkilib.

 

 "Azərbaycan"

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr