İran prezidenti Məsud Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, İran Rəyasət Heyətinin rəsmi internet saytında dərc olunan açıqlamaya əsasən, Pezeşkian birbaşa Zəngəzur dəhlizini qeyd etməsə də, məsələni dolayı yolla şərh edib.
“Qonşularımız və region ölkələri ilə əlaqələrimizi və əməkdaşlığımızı geniş perspektivdə nəzərdən keçirdikdə, ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi təfərrüatlı məsələlərdən narahat olmaq lazım deyil”, - lider deyib.
İran prezidenti sərhəd keçidlərinə maneə deyil, fürsət kimi baxılması lazım olduğunu vurğulayıb: